Mobil Şöbə 4.2.9


Bank respublika ojsc
Finance

About Mobil Şöbə 4.2.9

Mobil Şöbə - İndi daha rahat! Bank Respublika-nın Mobil Şöbə xidməti dünyanın istənilən nöqtəsindən bank məhsulları və xidmətlərinizi idarə etmək üçün tamamilə yenilənmiş bir mobil tətbiqidir. NFC (kontaktsız) ödənişlər indi Mobil Şöbə-də! Bank Respublika Mobil Şöbə tətbiqetməsi üzərindən NFC ödənişlərini yerinə yetirmək imkanı verir. NFC (Near field communication) kartın fiziki iştirakı olmadan birbaşa smartfon vasitəsilə POS ödənişlərini həyata keçirməyə imkan verən innovativ təmassız ödəniş texnologiyasıdır. Belə ki, əməliyyat zamanı kart rəqəmsallaşdırılmış nömrəsi (virtual token) istifadə olunur ki, bu da şəxsi məlumatlarınızı təhlükəsizliyini qorumağa zəmanət verir. Təmassız ödənişi yerinə yetirmək üçün smartfonu əks tərəfi ilə POS terminalına yaxınlaşdırmaq kifayət edir. \Mobil şobə\ Sizə daha çox imkanlar yaradır: Tam təhlükəsiz şəraitdə, banka baş çəkmədən, günün istənilən vaxtında əsas maliyyə əməliyyatlarını həyata keçirəsiniz İndi Bank Respublika-nın müştərisi olmayan şəxslər də tətbiqetmədən mobil nömrə vasitəsi ilə qeydiyyatdan keçib istifadə edə bilərlər. İstənilən digər yerli bankın kartını əlavə etməklə istifadəçi Mobil Şöbəni elektron cüzdana çevirə bilər. Xidmətin işləmə rejimi tətbiqetmə üzərindən pul köçürmələri, kommunal xidmətlər və digər zəruri xidmətlərin ödənişlərini yerinə yetirməyə imkan verir. Maliyyə məhsullarını idarə etmək üçün geniş geniş çeşiddə imkanlar bank müştəriləri üçün əlçatan oldu. Plastik kartların, hesabların, əmanətlərin və kreditlərin idarə edilməsi. Yerli və xarici bankların kartlarına pul köçürmələri etmək. Western Union və Vektor vasitəsilə vəsaitlərin qəbulu və göndərilməsi. Kommunal xidmətləri ödəmək üçün avtomatik ödənişlər və şablonların yaradılması. Həmçinin, bank müştəriləri digər yerli bankların kartlarını elektron cüzdan rejimində əlavə etmək imkanı əldə edir. Mobil Şöbə – maliyyə vəsaitlərinizi idarə etmək üçün yeni rahatlıq səviyyəsidir. \Mobil Şöbə\-yə necə qoşulmaq olar? Bankın müştəriləri: Banka gəlmədən tətbiqi yükləyib və kart məlumatlarınızı daxil etdikdən sonra qeydiyyatdan keçmək olar. Bunu etmək üçün “kartla qeydiyyat” bölümünü seçin. Həmçinin, bankın müştəriləri müvafiq şifrə alaraq Bank Respublika filiallarında qeydiyyatdan keçə bilərlər. Bankın müştərisi olmayan şəxslər: Mobil nömrə ilə qeydiyyatdan keçmək üçün tətbiqi smartfona yükləmək kifayət edir. Daha sonra digər bank kartını əlavə edərək tətbiqetməni elektron cüzdan kimi istifadə etməyə və tətbiqdən tam istifadə üçün Bank Respublika-nın kartını sifariş edə bilərsiniz. Həmçinin,Digital Card sifariş edib ödəniş və köçürmələrinizi edə bilərsiniz. Bütün imkanlar: • Bank Respublika kartının Google Pay ilə aktivləşdirilməsi • ƏDV geri al kabineti • AniPay • NEOBonus Kart • Digital card • NFC ödənişlər • Plastik Kartlar üzrə Hesabat • Avtomatik ödənişlər və köçürmələr • Cari hesablar haqqında hesabat • Depozit hesabatı • Kartın və hesabın balansını artırmaq • Card to Card əməliyyatları • Card to Account əməliyyatları • Kredit üzrə ödəniş qrafikləri • Kredit üzrə ödənişlər • Kommunal xidmətlərin ödənişi • Mobil xidmətlər üzrə ödəniş • Dövlətin orqanlarına ödənişlər (DYP / İpoteka) • Ödəniş şablonlarının yaradılması. • Kartın bloklanması • Xarici bankların kartlarına köçürmələr • Western Union vasitəsilə köçürmələr • Onlayn kart sifarişi • Onlayn kredit sifarişi • Cash by Code xidməti • Valyuta məzənnələri • Vektor sistemi üzrə ölkədaxili pul köçürmələri • Rahat valyuta kalkulyatoru • Plastik kartın sifarişi • Digər yerli bank kartlarının əlavə edilməsi • Bank Respublika Filial və ATM-lərin siyahısı

What's New in the Latest Version 4.2.9

Last updated on 2024-05-31
Digər əlavə və düzəlişlər.

Additional Information

Version

4.2.9

Uploaded by

Developer:  Bank respublika ojsc

Requires Android

5.0

Available on

Category

Finance

App ID

com.brmobilshobe

Same like Mobil Şöbə 4.2.9

Get more from Bank Respublika OJSC