Bu mobil tətbiq “Sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi” Layihəsi çərçivəsində yaradılmışdır. Tətbiq vasitəsilə valideynlər uşaqlarının sərbəst şəkildə inkişafının diaqnostikasını – dəyərləndirilməsini apara biləcək, həmçinin bu tətbiq vasitəsilə çatışmazlıqları müəyyən edəcək və onları planlaşdıra biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcəkdir. Tətbiqdə həm maarifləndirici materiallar, həm də inkişaf fəaliyyətləri həyata keçirən xidmət mərkəzləri haqqında məlumatlar yerləşdiriləcəkdir.